İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırov 16 yaşlı oğluna YÜKSƏK VƏZİFƏ verdi - FOTO

2225 29.04.2024 10:24 Dünya A A

Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırov Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin (RUS) kuratoru təyin olunub.

Musavat.com xəbər verir ki, bu barədə Kadırov öz teleqram kanalında yazıb.

“Əziz qardaşım, RUS-un rəhbəri Baybetar Vayxanovun xahişi ilə Adam Kadırovu RUS-un kuratoru təyin etmək qərarına gəldim. Kadırov məşhur universitetin fəaliyyəti ilə yaxından tanış olduğu üçün ona tapşırılan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə inanıram”, - Ramzan Kadırov qeyd edib.

Xatırladaq ki, bu ilin fevralında R.Kadırovun böyük oğlu Axmat Çeçenistanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyinat alıb. O, həmçinin Kadırov ordeni ilə təltif edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR