İnsanlara hürriyət, millətlərə istiqlal!

Restoranların iftar menyusu – 15 manata da var, "Teleqüllə" isə 90 manatla zirvədədir

3474 20.04.2022 12:08 Ölkə A A

Artıq Ramazan ayının ortalarındayıq. Oruc tutan insanların bir xeylisi restoranlara toplu iftara dəvət olunur, oruclarını iaşə müəssisələrində açırlar.

Bu, getdikcə ənənəyə çevrildiyindən hazırda bir çox restoranlar mömin müştərilərinə iftar menyusu təklif edir. Bəzi restoranların iftar menyusu isə yüksək qiymətləri ilə fərqlənir.

Əksər müsəlman ölkələrində iftarda və ya imsakda verilən təamları qiyməti hər kəs üçün əlçatan olsa da, bizdə bunun əksi müşahidə olunur.

Bakı şəhərinin restoran və kafelərində hansı qiymətə iftar etmək olar və şəhərimizin sakinlərinə hansı restoranlar iftar süfrəsi təklif edir?

Musavat.com iftar menyusu təklif edən restoranları və onların müvafiq menyularının qiymətini təqdim edir.

Belə restoranlardan biri “Koza”dır. Menyuya şorba ,isti yeməklər, qəlyanaltı, mineral su və desert daxildir. 1 nəfərlik qiymət isə 25 manatdır.

“Özsüt” restoranında müxtəlif qiymətlərə iftar menyusu var: adam başına 27, 30 və 33 manat.
“Kolorit” restoranında 1 nəfərlik menyu nisbətən ucuzdur: 16 manat. Menyuya şorba, isti yeməklər, qəlyanaltı, qarnirlər, şirə, qarışıq desert və meyvə daxildir.

“Bürc qala” restoranında isə 2 nəfərlik set 38 manatdır. Menyuya şorba, isti yeməklər, qəlyanaltı, içki və desert daxildir.

“Çanaqqala” restoranı 2 nəfərlik - 30 manat, 4 nəfərlik - 60 manat, 6 nəfərlik isə 90 manat olmaqla iftar menyusu təklif edir. Menyuya şorba, isti yeməklər, qəlyanaltı və içki daxildir.

“Yüz cafe” də oruc tutanlara xüsusi təklif hazırlayıb. Şorba, isti yeməklər, salat, qarnirlər, içki və iftar qabı daxil olan iftar menyusunun qiyməti 1 nəfər üçün 15 manatdır.

Bayraq meydanının yaxınlığında, dəniz kənarında yerləşən "Günaydın" restoranında isə iftar menyusunun qiyməti adambaşına 80 manat təşkil edir. İftar menyusuna şorba, qara zeytun, qızardılmış ət, xurma, Antep pendiri, ərinmiş pendir, acılı əzmə, çiy küftə, çoban salatı, haydari, badımcan salatı verilir. Menyuya desertlər, qəlyanaltılar, isti yeməklər və sərinləşdirici içkilər də daxildir.

“Teleqüllə” restoranında da iki nəfərlik iftar menyusunun qiyməti 48 manatdan başlayır, 90 manatadək yüksəlir. İki nəfər üçün 60 manatlıq menyuya beş növ şorba, salat, tərəvəz, pendir, lülə, tikə, toyuq kababları, sacda bişirilən toyuq və kompot daxildir.

Ləman Rüfətqızı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR