İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu dövlətlərə parçalanacaq - ABŞ-dan sensasion xəritə

5280 25.06.2022 22:14 Gündəm A A

ABŞ hökumətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının təşkil etdiyi müzakirələrlə bağlı sensasion material yayımlanıb

“Substack” portalında ABŞ hökumətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının təşkil etdiyi müzakirələrlə bağlı sensasion material yayımlanıb. Portalın yazdığına görə, ABŞ hökumətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının təşkil etdiyi müzakirələr “Rusiyanın bir neçə dövlətə bölünməsinin strateji zəruriliyinə” həsr olunub. Müzakirələrdə iştirak edənlər hesab edirlər ki, Rusiya ərazisində yaşayan xalqların “azad dünya ölkələri ailəsinə daxil olmasına” nail olmaq mümkündür.

Məqalədə Rusiyanın bölünməsi konsepsiyasının, amerikalı müəlliflərin bu prosesin necə həyata keçiriləcəyini göstərdiyi xəritələrdən biri də yerləşdirilib. Portal yazır ki, bu cür ciddi mövzunun müzakirəyə çıxarılmasına baxmayaraq, iştirakçılar özləri də etiraf ediblər ki, bu, sadəcə olaraq, onların “arzu və fantaziyası”dır.

photo_416861.jpg (63 KB)

Planda Rusiya Federasiyasının ərazisində bir neçə dövlət - Rusiya Respublikası, Komi, Ural Respublikası, Sibir Respublikası, Saxa Respublikası, Altay, Tuva, Buryatiya, Uzaq Şərq Respublikası, Şimali Qafqaz Respublikası, Mordoviya, Çuvaşiya, Mari El, Tatarıstan, Başqırdıstan, Kalmıkiya və Udmurtiya respublikalarının yaradılacağı iddia olunur.

Məqalədə o da bildirilir ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan ABŞ bütün gücünü Rusiyanı zəiflətmək üçün səfərbər edib. Yada salınır ki, bundan əvvəl Vaşinqton Rusiyada hakimiyyət dəyişikliyi etmək istədiyini gizlətməyib. Ağ Ev rəhbəri Cozef Bayden çıxışının birində məqsədlərinin Rusiyada hakimiyyət dəyişikliyinə nail olmaq olduğunu etiraf edib. Sonradan Bayden fikirlərinə bəzi düzəlişlər edib, hakimiyyət dəyişikliyinin Rusiya xalqının iradəsindən asılı olduğunu deyib.

Portal yazır ki, ABŞ hökumətinin təşkilatçılığı ilə keçirilən indiki müzakirələr isə onu göstərir ki, "Rusiyanın müstəmləkəsizləşdirilməsi" ideyası ilə Amerika siyasətçiləri daha da “irəli gediblər”.

70704-sosednie-strany-rossii-polnyj-spisok-os.jpg (56 KB)

Materialın müəllifi xəbərdarlıq edir ki, Amerika xarici siyasət elitasının əksəriyyəti təhlükəli bir eyforiya içərisindədi. Onlar elə güman edirlər ki, indi hər şeyə qadir bir dövləti təmsil edirlər. Onlar özlərini əbədi qaliblər kimi görürlər. Lakin sanksiyaların istənilən effekti verməməsi, Ukraynanın döyüşdə mövqe geriliyi isə bunun əksini deyir...

Yeri gəlmişkən, bu yaxınlarda ehtiyatda olan ukraynalı general-mayor İqor Romanenko Rusiyanın dağılacağını iddia edib.
Ukrayna mediasının verdiyi xəbərə görə, o, parçalanma prosesinin başlanacağı təqdirində, Ukraynanın Rusiya torpaqlarının bir hissəsini ələ keçirməli olduğunu bildirib. İqor Romanenkonun fikrincə, Rusiyanın süqutu Sibirin Çin tərəfindən "qəsb olunmasından” sonra başlayacaq.

"Tarixi təcrübə göstərir ki, heç bir imperiya olduğu kimi əbədi surətdə qalmayb”, - deyə İ.Romanenko fikrini bu cür əsaslandırıb.

Onun sözlərinə görə, eyni aqibət Rusiyanı da gözləyir və burada əsas məsələ prosesin nə vaxt baş verəcəyi ilə bağlıdır.

Orxan ƏLİYEV,
Musavat. com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR