İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya "Harry Potter qalası"nı vurdu: Məşhur ukraynalı siyasətçi YARALANDI FOTO

1063 30.04.2024 11:28 Hadisə A A

Ukraynanın Odessa limanında yerli əhalinin “Harri Potter qalası” adlandırdığı bina ötən gün Rusiyanın raket hücumuna məruz qalıb.

Musavat.comHaber Global”a istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfərin öldüyü, 32 nəfərin yaralandığı açıqlanıb.

Ukrayna mətbuatının məlumatına görə, hücum zamanı binada keçmiş deputat Sergey Kivalov da olub.

Belə ki, binada Kivalovun rəhbərlik etdiyi “Odessa Hüquq Akademiyası” yerləşir.

Məlumata görə, sabiq deputat budundan qəlpə yarası alıb. O, venoz qanaxma ilə yerli xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, məşhur ukraynalı siyasətçi Sergey Kivalov hazırda  “Odessa Hüquq Akademiyası”na rəhbərlik edir və keçmişdə rus dilinin qorunması haqqında qanunun həmmüəllifi olub. O, narıncı inqilab zamanı Ukrayna Mərkəzi Seçki Komissiyasına rəhbərlik edib.

830ad5c-000_690x387.avif.jpg (43 KB)

Sergey Kivalov 

56a5add0-067a-11ef-ba2a-e78094ba.jpg (58 KB)

2009-cu ildə Dmitri Medvedev Kivalova “Dostluq” ordeni təqdim edib
 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR