İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya kriminal aləminin lideri həbsdən çıxdı  

1171 29.03.2024 17:32 Dünya A A


Rusiya kriminal dünyasının iddia edilən lideri, qanuni oğru Zaxari Kalaşov (Şakro Molodoy) Krasnodar diyarındakı həbsxanadan azad edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Mash” telegram kanalı məlumat yayıb.

Şakro Molodoy sonuncu dəfə 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məruz qalmışdı. O, bu müddətin altı ilini ciddi rejimli koloniyada çəkib.

71 yaşlı Kalaşov Rusiyada mütəşəkkil cinayətkarlığın nüfuzlu nümayəndələrinə verilən “qanuni oğru”lar içində ən nüfuzlu adam sayılır. O, bu qeyri-rəsmi “vəzifədə” 2013-cü ildə öldürülən Aslan Usoyanı (Ded Xassan) əvəzləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR