İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qərar verəcək və Ermənistan yalvaracaq - Klaçkov

1244 27.03.2024 15:38 Siyasət A A

Ermənistan bu gün Ukrayna, Moldova və Gürcüstandan sonra yeni qurban və antirusiya quruculuğunun mərkəzinə çevrilib - artıq Cənubi Qafqazda.

Musavat.com axar.az-a istinadən bildirir ki, bunu Rusiya hökuməti yanında Maliyyə Universiteti filialının direktoru, politoloq Pavel Klaçkov deyib.

"Qərb bu gün Ermənistana xüsusi münasibət göstərir. Amma bu prosesdə ayrı-ayrı dövlətlər xüsusilə fəaldır - xüsusən də onu öz himayəsinə götürən və az qala dünyalarla silah və əsgər yardımı söz verən Fransa. Bütün bu "himayədarlıq" və "vədlər" adi insanların əziyyət çəkəcəyi ximerdan başqa bir şey deyil. Ermənistanla bağlı vəziyyətin tez dəyişəcəyinə ümidim yoxdur. Göründüyü kimi, Rusiya-Ermənistan münasibətlərində mənfi mərhələ kifayət qədər uzun olacaq. Üzünüzə tüpürürlərsə, cəmiyyətdə antirusiya əhval-ruhiyyəsi alovlanırsa, buna dözmək olmaz. İnanıram ki, müəyyən bir vaxtda Rusiya qərar verəcək ki, kifayətdir. Və nəticədə Ermənistan yenə gəlib yalvarmağa başlayacaq", - o bildirib.

Klaçkovun fikrincə, Qərb şübhəsiz ki, Cənubi Qafqazda ikinci cəbhə açmağa cəhd edir:

"Amma çətin ki, o bu planını həyata keçirə bilsin. Qərbin ona və bütün MDB məkanına açıq-aşkar hücum cəhdləri şəraitində Rusiya effektiv, praqmatik, real siyasət aparmalıdır. Bəli, Ermənistan rəhbərliyi Qərbin xüsusi xidmət orqanlarının rəhbərləri, Rusiya və Belarus müxalifəti ilə görüşür. Qərbin xüsusi xidmət orqanlarının Ermənistana böyük marağını görürük. Rusiya ilə Qərb arasında şiddətli qarşıdurma var. Amma bu da sonsuza qədər davam edə bilməz".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR