Telegram messenceri Rusiyada 2026-cı ilin sentyabr ayında keçiriləcək Dövlət Duması seçkilərindən əvvəl tamamilə bloklana bilər.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Mixail Delyagin bildirib.
Onun sözlərinə görə, bloklama "YouTube modeli"nə uyğun ola bilər.
Bununla belə, parlament üzvü qeyd edib ki, qadağa tam olsa belə, auditoriyanın bir hissəsi hələ də qalacaq.
İnstaqramda olduğu kimi, burada da istifadəçilərin təxminən yarısı qalacaq.
Musavat.com






