İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Polşadakı səfirinin üzərinə süni qan töküblər VİDEO

10460 09.05.2022 18:20 Qalmaqal A A

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev və digər diplomatlar mayın 9-da Varşavada sovet əsgərlərinin abidəsi önünə gül qoymağa çalışarkən hücuma məruz qalıblar.

Rusiya qoşunlarının işğal etdiyi ərazilərdən qaçqın düşən bir qrup Ukrayna vətəndaşı diplomatları mühasirəyə alıb və onların üzərinə qırmızı boya tökməyə başlayıb.

"Xalqımızın qanı sizin vicdanınızdadır! Raşistlər-Faşistlər!" deyə qışqıran qaçqınlar diplomatların hərəkət etməsinə imkan verməyiblər.

Səfir və onu müşaiyət edən şəxslər yalnız polis dəstələri gəldikdən sonra ərazini tərk edə bilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR