İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagirdlərin nəzərinə: Yanvarın 10-dək...

88867 08.12.2023 12:55 Təhsil A A

2023-2024-cü tədris ili üzrə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey və məktəb-liseylərə şagird qəbuluna start verilir.

Musavat.com xəbər verir ki, şagird qəbulu Regional Təhsil İdarəsi tərəfindən VII və VIII siniflər üzrə mərkəzləşdirilmiş qəbul imtahanı vasitəsilə aparılacaq. Ərizə qəbulu prosesi 10 yanvar tarixinədək davam edəcək.

İmtahan zamanı şagirdlərə tədris dili, riyaziyyat və müvafiq profil fənləri üzrə tapşırıqlar təqdim ediləcək.

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və məktəb-liseylərin siyahısı ilə tanış ola bilərsiniz.

• Balakən şəhər Humanitar və texniki təmayüllü lisey;

• Oğuz şəhər 3 nömrəli məktəb-lisey

• Qax şəhər N.Allahverdiyev adına 2 saylı məktəb-lisey;

•Zaqatala şəhər Humanitar fənlər gimnaziyası;

• Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;

• Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü lisey.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR