İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahil Babayev Xankəndi ermənisinə 3 min manat pensiya kəssə...

2779 21.04.2023 15:40 Yazarlar A A

Vəziyyət belədir ki, baş nazir Nikol Paşinyan o yana, bu yana burcutmaqda davam edir və yalnız bir məqsədi var: hakimiyyəti əlində saxlamaq. Qərb də fərqindədir ki, normal düşünmək məntiqini itirmiş erməni cəmiyyətinə indilikdə Paşinyandan uyğun şəxs yoxdur. Paşinyan indiki şərtlər daxilində sülh müqaviləsini imzalamağa qəti qərar versə, bu dəfə də onu Rusiya yıxacaq, hakimiyyətə öz adamını oturdacaq.

100 illik tarxi olan milli düşmənçiliyin son 30 ilində iki müharibə olub- birində Azərbaycan məğlub olub, birində də Ermənistan uduzub. Biz uduzanda başımıza çox oyun gəldi, məğlubiyyət sindromundan yalnız 2020-ci ilin noyabr ayının 8-də qurtulduq. İndi Ermənistan o oyunun içindədir, məğlub sindomunu yaşayır, həm də daha ağrılı... Çünki biz torpaqlarımızı itirmişdik,amma ümidsiz də deyildik. Onlar isə zorla işğal etdiyi torpaqların bir qisminə əbədi sahibləndiyinə inanırdılar, başqa xəyalları da vardı. Hamısı cəhənnəmə getdi, indi dərin psixoz vəziyyətindədirlər. Leninkandan əsgər gəlib Füzulidə hərbi xidmət keçirdi, Azərbaycan ordusu indi Göyçə gölü ətrafındadır, Laçın yolunu əlisilahsız azərbaycanlı gənclər nəzarətdə saxlayır.

1605240694_nemenov2.jpg (42 KB)

İrəvan ermənilərinin əsl dərdi daha heç Qarabağ da deyil, “Ermənistan əldən gedir” deyirlər. Ermənilərin bu vəziyyətdən çıxması özlərinə bağlıdır, bir az düşüncəsi olanlar fərqindədir ki, dünya əvvəlki deyil, Azərbaycan məğlubiyyət sindromunu birdəfəlik qırıb, ordusunu gücləndirib, qətiyyətli prezidenti var. Paşinyan nə qədər siyasi manipulist olsa da, yenə də elə o, erməni liderlər içərisində ən realistidir. O reallığı hərdən dilə gətirmək məcburiyyətdə qalanda isə dörd bir tərəfdən tökülürlər üstünə. Hakimiyyətinə təhlükə olmayacağı sürəcdə bu qeyri-müəyyənlik onun üçün də məqbuldur.

Paşinyan fərqindədir ki, Xankəndi ermənisinə məsələn, Sahil Babayevin rəhbərlik etdiyi nazirlik 3 min manat pensiya kəssə də, bunu qəbul etməyəcəklər. Çünki: a) ermənilər Azərbaycan dövlətinin atributlarını qəbul etmək istəmirlər; b) bu düşmənçiliyə son qoymaq niyyətləri də yoxdur; v) Qarabağda nə qədər ki, rus hərbi birliyi var, onları Qarabağdan təməlli çıxara bilməyəcəklər...Ən əsası əlbəttə ki, üçüncü bənddir. Rusiya bu münaqişənin lokal, Azərbaycanın əzici də olsa üstünlüyü ilə davam etməsində maraqlıdır...Niyəsini hamı bilir.

sulhmeram-lacin-dehlizinde-1.png (849 KB)

Prezident Əliyev son çıxışında bununla bağlı net mövqeyini bir daha bəyan etdi. “Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar” dedi. Düzdür, Prezident onu da dedi ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır, separatçı tör-töküntü qoymurlar ki, bu insanlar rahat yaşasınlar. Dövlət başçısı əlbəttə ki, belə də deməlidir. Amma o fikrimdə yenə qalıram ki, ermənilərin heç ölüsü də Azərbaycan haqda yaxşı düşünməz, dövlətimizin bayrağını başının üstündə görmək onlar üçün ölümdən betərdir. Sovet hökuməti vaxtında belə, ermənilər Azərbaycanı qəbullana bilmirdilər, gizlicə təşkilatlar qurub “ayrılmaq” üçün iş görürdülər. Fürsət düşən kimi də hərəkətə keçdilər. Dəyişən çox şey olsa da, erməni xisləti dəyişməyib, dəyişməz. Nə dəmir qapazla, nə şillə-təpiklə. Rədd eləmək lazımdır birdəfəlik torpaqlarımızdan. Başqa yol olmayıb, yəqin ki, olmayacaq da...

yazının son abzasına.jpeg (87 KB)

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın son açıqlamasını oxudum. Oxumuş, dünyanın gərdişindən başı çıxan sabiq nazir deyir ki, Paşinyan hakimiyyətinin indiki vəziyyətə alternativin olmadığı barədə iddiası mifdi. O, hesab edir ki, Xankəndi və ətrafını da müharibəsiz “erməni torpağı” kimi saxlamaq olar. Maraqlandım, dedim görüm, bəs, təklifi nədir? “Artıq ayılmaq, itkiləri daha da davam etdirən fərziyyələrə və bəhanələrə son qoymaq vaxtıdır” deyən, Oskanyan sonda “hakimiyyət maraq göstərsə, onlara yol göstərə, məsləhət verə bilərəm” deyib. Nə təklif, onu demir. Çünki ermənilər üçün Qarabağda yol yoxdur. Elə bizim də bunlardan birdəfəlik qurtulmaqdan başqa yolumuz varsa, onu bilmirəm...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR