İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyanın adamı Köçəryanı hədəfə aldı

950 20.03.2026 17:52 Son xəbər A A

Ermənistanda müxalif düşərgədə yeni qarşıdurma diqqət çəkir.

Musavat.com xəbər verir ki, Ermənistanın Respublika Partiyasının vitse-prezidenti Armen Aşotyan sərt açıqlama ilə çıxış edib.

Sabiq prezident Serj Sarkisyanın komandasında təmsil olunan Aşotyan bildirib ki, Nikol Paşinyandan sonra ölkənin siyasi həyatına ən böyük zərbəni məhz ikinci prezident Robert Köçəryanın komandası vurub. Onun sözlərinə görə, müxalif düşərgədə demək olar ki, bütün əsas qüvvələrlə problem yaşayan tərəfin günahı başqalarında deyil, məhz özündədir.

Aşotyan qeyd edib ki, bəzi siyasi qüvvələr onun açıqlamalarına aqressiv reaksiya verərək Respublika Partiyasına hücum etməyə çalışır. Lakin o, bu yanaşmanı “zəhərli və destruktiv siyasət” kimi qiymətləndirib.

Armen Aşotyan vurğulayıb ki, Köçəryan komandası uzun müddətdir müxtəlif müxalif qüvvələrlə qarşıdurma içindədir və bu, Ermənistanın siyasi mühitini zəhərləyir. Aşotyan bu vəziyyətin dəyişməsi üçün həmin qüvvələrin öz səhvlərini etiraf etməsinin vacib olduğunu bildirib.

Respublikaçı siyasətçi əlavə edib ki, ona və partiyasına qarşı yönələn hücumları unutmayıb və “bunun cavabı mütləq veriləcək”.

Qeyd edək ki, Ermənistan siyasətində uzun illər eyni düşərgədə yer alan Sarkisyan və Köçəryan komandalarının açıq qarşıdurmaya keçməsi seçkilər ərəfəsində müxalifət daxilində ciddi parçalanmanın göstəricisi kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR