İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Səbuhi Əhmədovun son sözləri... - Fotolar

1481 27.09.2022 13:44 Ölkə A A

"Vətən müharibəsi başlamadan əvvəl qardaşım Səbuhi Əhmədov gizir rütbəsi almışdı, ona fərqlənmə nişanı vermişdilər".

Musavat.com xəbər verir ki, bu sözləri 12-13 sentyabr tarixlərində Ermənistan təxribatının qarşısını alarkən şəhid olan SOS uşaq kəndində böyüyən Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib:

"Müharibə başlayanda qardaşım da döyüşlərdə ön sırada gedirdi. Suqovuşanda, Zəngilanda, Ağdərə, Füzulidə döyüşüb. Mən qardaşımı düşünürdüm ki, görəsən haradadır, necədir? Səbuhi Şəki batalyonu ilə döyüşə girdi. Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı. Ümumilikdə 3 dəfə yaralanmışdı. Səbuhi 7 gün müalicə aldı, sonra dedi ürəyim partlayır, dayana bilmirəm. Zəngilana getdi. Döyüş zamanı maşında sıxışıb qalan silahdaşını xilas edərkən əlini yandırmışdı. Ağdərə istiqamətində də baş nahiyəsindən qəlpə yarası almışdı. Səbubi 44 günlük Vətən müharibəsindən 4 medal ilə gəlmişdi. Qardaşım ilə bağlı məlumat ala bilməyən günlərdə xəbər gəlmişdi ki, Səbuhinin tağımından şəhidlər var. Çox qorxurdum ki, qardaşıma da nəsə olar. Səhvən demişdilər ki, Səbuhi şəhid olub, amma sağ idi. Zəng edib soruşmaq çətin idi ki, mənim qardaşımın nəşi gəlib? Sonra mənimlə əlaqə saxladı, dedi ki, yaxşıyam. Vətən müharibəsindən sağ-salamat qayıtmışdı deyə mən inanmırdım ki, bu dəfə qardaşım şəhid ola bilər. Son döyüşlərdə qardaşım qəhrəmancasına şəhid olub. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR