İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhriyar Del Gerani çətin durumda: “Atam da üz döndərdi məndən, dedi ki...”  

2265 15.01.2024 09:26 Mədəniyyət A A

Şair (aparıcı) Şəhriyar Del Gerani işsiz qalıb.

Musavat.com xəbər verir ki, çətin duruma düşməsi ilə bağlı status yazan şair heç kimin ona dəstək olmadığını, hətta atasının da ondan üz döndərdiyini qeyd edib. Onun statusdan bəzi hissələri təqdim edirik:

“Dövr pis gəlib. Çox pis. Adam pulsuz olanda, kasıb olanda hamı onu alçaltmaq istəyir. Məxsusən ən yaxınlar - ailə üzvləri, qohumlar, dostlar və s. İş axtarıram neçə müddətdir, heç kəs mənə iş vermir. Atam da üz döndərdi məndən. Dedi, “Sənə iş vermirlərsə, deməli, adam deyilsən”. Daha açıq sözlərlə təhqir etdi. Demək istəmirəm. Təfərrüatları yazmaq istəmirəm yəni”.

 Şair yazıb ki, ümidsizdir, əl  hər yerdən də üzülüb:

 "Subayçılıqda birtəhər başımı girələyirdim. İndi evliyəm. Nə edim, bilmirəm?! Atam da üz döndərdi məndən. Dedim bayaq. İki yüz neçə manat pensiya alır, kartı məndəydi, geri istədi. Qaytardım. Ən pis günümdə vurdu məni. Dedim axı, adamlar qəddardır. Sağ olsun yenə də. Əvvəldən kartını mənə verməyə də bilərdi. Sözüm onda deyil. Sözüm ona: Mən neyləyim? İş vermirlər. Heç kəs iş vermir mənə. Qalmışam düzdə. Bu əbədi ölkədə çölün düzündə qalmışam. 600 manat kirayə ödəyirəm. Evim yoxdur. 20 ildir kirayələrdə yaşayıram Bakıda. Mən nə edim? Əlimdən başqa iş də gəlmir. Gücüm yoxdur gedim fəhləçiliyə. Hövsələm çatmır ofisiantlığa. Bilmirəm neyləyim. Başa düşürəm, uğursuz adamam. Amma pis adam deyiləm. Allah hər şeyi görür və bilir axı. Vallah, pis adam deyiləm. Mən bu günlərə qalası adam deyildim. Bunları yazmağı özümə sığışdırmırdım, amma yazdım. Yazdım. Çünki başqa yolum yoxdur”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR