İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiyada kömür mədəni çöküb, 8 şaxtaçı həlak olub

193 01.04.2022 14:29 Dünya A A

Serbiyanın cənubundakı Sokobanya şəhərinin kənarında kömür mədəninin çökməsi nəticəsində səkkiz şaxtaçı həlak olub, daha 20 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya televiziyası tibb işçilərinə istinadla məlumat yayıb. Məlumata əsasən, hadisə yerli vaxtla saat 5:00 radələrində (Bakı vaxtı ilə 7:00) baş verib. Şaxtaçılar yerin altında bloklanmış vəziyyətdə qalıb.

“Soko” mədəninin çökməsi nəticəsində səkkiz şaxtaçı həlak olub, əksəriyyəti yüngül olmaqla, 20 nəfər yaralanıb. Yaxınlıqdakı tibb mərkəzləri öz briqadalarını köməyə göndərib, zərər çəkənlər xəstəxanaya aparılır”, - məlumatda belə deyilir.

“Vecernje novosti” nəşrinin versiyasına görə, yer altından artıq 50 şaxtaçı çıxarılıb. Qəzaya metan qazının partlamasının səbəb olduğu ehtimal edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR