İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Melkonyan: Qərb Ermənistanı deyil, Ermənistan hakimiyyətini müdafiə etməyə hazırlaşır  

597 01.04.2024 14:07 Region A A

Qərb rəsmiləri “Ermənistanı müdafiə edəcəklərini” bəyan edəndə aydın başa düşmək lazımdır ki, söhbət Ermənistan dövlətindən yox, indiki hakimiyyətdən gedir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Sergey Melkonyan deyib. Melkonyan “Ermənistanı Rusiyadan qorumağa hazır olduğunu” bəyan edən Böyük Britaniya Müdafiə nazirinin müavininin bəyanatına şərh verib.

“Bu bəyanatın kontekstində daha bir kiçik, lakin heç də az vacib olmayan bir detalı qeyd etmək istərdim: Britaniyalı nazirin bu bəyanatı ilə bağlı Ermənistan tərəfindən heç bir şərh verilməyib. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti Rusiyadan gələn təhdidlərin olması ilə bağlı iddialarla faktiki olaraq razılaşır. Digər tərəfdən, Ermənistanı ölkədəki hakim rejimdən fərqləndirmək vacibdir. Burada Nensi Pelosinin İrəvana səfəri zamanı ABŞ-ın Ermənistanda demokratiyanı müdafiə edəcəyini bildirdiyi bəyanatını xatırlatmaq istərdim. Bu, mövcud rejimi qorumaq demək idi və bu prizmadan yanaşsaq, britaniyalı nazirin açıqlamaları da eyni məna daşıyır. Rusiya Ermənistan üçün təhlükə yaratmır, lakin indiki rejim üçün təhlükə hesab olunur”, – deyə Melkonyan yerli “Pressinq” verilişində deyib.

Melkonyana görə, Qərb Ermənistanda hakimiyyət dəyişikliyini demokratiyanın qələbəsi kimi tanıyıb və indiki rejimi yalnız bir səbəbdən demokratik hesab edir. “Yəni  Qərb 2018-ci ildə hakimiyyətə gələn siyasi komandanı dəstəkləyir. Amma sabah eyni üsulla hakimiyyətə başqa komanda gəlsə, Qərb çox yaxşı “hakimiyyətin ələ keçirildiyini” deyə bilər. Bir sözlə, Qərb demokratiya anlayışını siyasi mənafeyinə əsaslanaraq müəyyən edir”,-deyə Melkonyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR