İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgililərinə sadiq olan BÜRCLƏR: İlk sırada kimlərdir?

11755 25.12.2023 19:08 Astrologiya A A

Hər kəsin sevgidən gözləntiləri fərqlidir. Bəzi insanlar romantik münasibətlər baxımından şanslı olsa da, bir çoxları axtardığını sona qədər tapa bilmir. Şorgöz olaraq xarakterizə edilən insanlar çox vaxt etdiyi səhvlərlə münasibətin bitməsinə səbəb olurlar. Buna görə də bir çox insan ciddi münasibətə başlamazdan əvvəl ulduz falı uyğunluğunu yoxlayır. Astroloqlar bu dəfə ən sadiq bürcləri açıqlayıblar.

Onları təqdim edirik:

Əqrəb

Əqrəblər romantik münasibətlərdə çətin insanlar ola bilər, lakin həqiqətən sevəndə sadiq olurlar. Əgər sevirlərsə, həmişə tərəfdaşını düşünürr və ona sadiq qalırlar.

Oğlaq

Oğlaqlar da sevdiyi insana sadiq olurlar. Xüsusilə, Oğlaq-kişi bütün münasibətləri boyu sevgilisinin ona güvənməsini gözləyir. Onlar şəffaf davranma istəyir. Gizli telefon danışıqları və mesajlaşma, telefona parol qoyma kimi davranışlar bu bürcün nümayəndələrinə aid deyil.

Buğa

Bu bürc qərarlıdır. Sözünün arxasında durur və sevgilisinə sadiq qalır. Buna görə ciddi münasibət dedikdə ilk ağla gələn bürclər arasında Buğa ilk sıralarda olmalıdır.

Qız

Qızlar qeyri-müəyyənliyi qətiyyən sevmir. Bu bürcə aid olan insanlar son dərəcə etibarlıdırr və partnyorunu sevsə, ona mütləq sadiq qalacaqlar. Bundan əlavə, təlatümlü, daim nəyisə gizlətdikləri həyat onlar üçün deyil. (Yenisabah.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR