İnsanlara hürriyət, millətlərə istiqlal!

Seysmoloqdan İstanbulla bağlı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: "7,6 bal gücündə..."

676 27.04.2024 16:25 Dünya A A

İstanbulda 7,6 bal gücündə zəlzələ ola bilər.

Bu barədə türkiyəli seysmoloq Naci Görür proqnoz verib.

Mütəxəssis fikirlərini bu cür ifadə edib:

“Biz İstanbulda 7,2, maksimum 7,6 bal gücündə zəlzələ gözləyirik. Bu zəlzələlərdən biri Adalar qırağında, digəri isə buraya birləşən Kumburqaz kənarında ola bilər. Bu qırılmaların hər ikisi birlikdə “parçalansa”, zəlzələ 7,5 bal gücünə çata bilər, lakin Kumburqaz qırılması 7,2 bal gücündə zəlzələlərə səbəb ola bilər”.

Naci Görür Kahramanmaraşda dağıdıcı zəlzələlər ola biləcəyi barədə xəbərdarlıq edərkən reaksiya verilməməsindən şikayətlənib:

“Kahramanmaraşdakı zəlzələ ilə bağlı bağırdıq, səsləndik, amma heç kim qulaq asmadı”.

Xatırladaq ki, ötən il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər doqquz saat fərqlə baş verib. Zəlzələdən sonra baş verən yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 11 vilayətində və qonşu ölkələrdə hiss olunub. Son məlumatlara görə, Türkiyədə 50 mindən çox insan həyatını itirib./Sfera.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR