İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan Sahibə Qafarova ilə görüşdə “kiçik mübahisə”dən danışıb  

1312 29.03.2024 13:30 Siyasət A A

Ermənistan parlamentinin sədri Alen Simonyan Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşün təfərrüatlarını danışıb.

Musavat.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, Simonyan Sahibə Qafarovanın şərtinə diqqət çəkib:

"Həmkarım görüşün əvvəlindən demişdi ki, parlament diplomatiyasının hüdudlarından kənara çıxan məsələləri müzakirə edə bilməz və müzakirə etmək niyyətində deyil. Mənim üçün bu, məqbul variant idi, baxmayaraq ki, mən də hakim partiyanın idarə heyətinin üzvüyəm və parlament diplomatiyasının çərçivəsindən kənara çıxan bəzi məsələləri müzakirə edə bilərdim. Mən onu bu müzakirəyə cəlb etmək üçün əlimdən gələni etdim və deməliyəm ki, söhbət kifayət qədər konstruktiv keçdi.

Konstruktivlik ondan ibarət idi ki, biz razılaşdıq ki, qarşılıqlı inamsızlıq mühiti var. Bizə inanmırlar və deyirlər ki, biz onlara hücum edəcəyik. Məni inandırmağa çalışdı ki, onlar heç bir təxribat və ya başqa bir şey hazırlamırlar. Cavabında soruşdum ki, niyə bu qədər silah alırlar, o da öz növbəsində buna görə bizi günahlandırdı. Bir sözlə, kiçik bir mübahisə başladı, ondan sonra biz parlament səviyyəsində müzakirələrə qayıda bildik".

Onun sözlərinə görə, görüş zamanı parlament səviyyəsində təmaslara başlamaq qərara alınıb: “Dedim ki, bu məsələni fraksiyamız və komandamızla müzakirə edəcəm".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR