İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan Tixanovskaya ilə görüşməsinə izahat verməli oldu  

787 27.03.2024 17:53 Region A A

 

“Tixanovskaya ilə eyni tədbirdə idik. Biz çıxanda qarşılaşdıq və mən dəhlizdə Ermənistanın adını müsbət çəkdiyi üçün ona təşəkkür etdim”. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan martın 27-də parlamentdə jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Tixanovskaya çıxışında Ermənistan haqqında kifayət qədər müsbət fikirlər səsləndirib. “Ümumiyyətlə, qeyd etməliyəm ki, bu tədbir zamanı Aİ-nin və oradakı tərəfdaşlarımızın Ermənistanla bağlı protokolları və cavabları sadəcə olaraq göz qabağında idi. Deməliyəm ki, hətta Azərbaycandan olan həmkarım danışdı. Lakin ona cavab verməyimə belə ehtiyac qalmadı, çünki Aİ-nin müxtəlif nümayəndələri və ekspertləri növbəsiz cavab verməyə başladılar. Mən Tixanovskayaya və zalda Ermənistanın maraqlarını müdafiə edən digər həmkarlarıma təşəkkür etməyə bilməzdim. Başqa heç nə danışmadıq. O, ora dəvət olunmuş qonaq idi. Əgər belaruslu həmkarlarımızın nəsə etmək qərarına gəlməsinin səbəbi bu idisə, mən belə düşünmürəm. Mən bunu sadəcə olaraq qeyri-ciddi hesab edirəm”, deyə - Simonyan qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Brüsseldə Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifət lideri, Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya ilə görüşüb. Bu görüş rəsmi Minsk tərəfindən narazılıqla qarşılanıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR