İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinem Bakıda Kənanla Afradan danışdı - VİDEO FOTO

660 08.12.2025 14:52 Şou-biznes A A

Aktrisa Sinem Kobal “Her Şeyi̇n Başi Merkür” filminin qalası üçün ölkəmizə gəlib.

Musavat.com xəbər verir ki, tədbir “Baku Cinema Breeze” kinofestivalı çərçivəsində baş tutub.

Aktrisanın illər əvvəl canlandırdığı və hələ də böyük maraqla izlənilən “Selena” serialı ilə bağlı verilən suallar tədbirin ən diqqətçəkən anlarından olub. Sinem Kobal serialın film versiyasının çəkilməsi ilə bağlı səslənən istəklərə münasibət bildirərkən bu fikri məmnuniyyətlə qarşıladığını qeyd edib.

Sinem yeni serial və film təklifləri gəldiyini, lakin hələ seçim etmədiyini, layihələrini oxuduğunu açıqlayıb. 

O, həyat yoldaşı Kənan İmirzalıoğlu İlə Afra Saraçoğlunun baş rolunu canlandıracağı “ABİ” serialından da danışıb.

“Kənanla Afranın yaş fərqi çox müzakirə olundu. Bu haqda nə düşünürsünüz” sualına belə cavab verib:

“Kənan sizə çoxlu salam dedi. Yeni serialının çəkilişi üçün gələ bilmədi. Kənanla Afranın işindən mənim danışmağım doğru olmaz. Həyəcanla gözləyirəm. Onlara uğurlar arzulayıram”. 

Sinem Kobal Bakıdan paylaşımlar edərək “Yaxşısan, Bakı” şərhini yazıb.

Könül
Musavat.com 

suiinn (2).jpg (90 KB)

suiinn (1).jpg (184 KB)

siuu (1).jpg (85 KB)

siuu (2).jpg (104 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR