İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirak yeparxiyasının primatı: İdeoloji mübarizədə kilsəni məğlub etmək sadəcə mümkün deyil

533 08.05.2024 14:26 Region A A

Məni də dəvət etsinlər, çünki bu, Ermənistanın milli təhlükəsizliyi ilə bağlıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının Primatı, arxiyepiskop Mikael Acapaxyan tərəfindən səslənib.

Acapaxyan Müqəddəs Eçmiədzin kilsəsinin mətbuat katibi, arxiyepiskop Arşak Xaçatryanın Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb olunması xəbərlərinə bu cür reaksiya verib.

Acapaxyanın sözlərinə görə, kilsəni məğlub etmək mümkün deyil. “Ola bilsin ki, kilsə üzvlərinin fiziki məhvi yolu ilə müəyyən müddətə fəaliyyətini dayandırsın. Bu, mümkün olan yeganə yoldur, başqa cür mümkün deyil. İdeoloji mübarizədə kilsəni məğlub etmək sadəcə olaraq mümkün deyil”, - deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR