İnsanlara hürriyət, millətlərə istiqlal!

Sky News: Britaniyanın raket hücumundan müdafiə imkanları yetərli deyil

394 02.05.2024 15:52 Dünya A A

Böyük Britaniya onilliklər ərzində müdafiədə xərclərə qənaət edərək özünün qlobal hava hücumundan müdafiə sistemini zəiflədib.

AZƏRTAC xəbər verir ki, bunu Britaniyanın “Sky News” kanalına Britaniyanın hərbi mənbələri və soyuq müharibə dövrünün veteranları deyib. Onlar bildirib ki, bu səbəbdən Birləşmiş Krallıq raket və dron hücumu təhlükəsinə qarşı artıq daha həssasdır.

“Böyük Britaniyanın yüksək qabiliyyətli hava hücumundan müdafiə avadanlığı var - lakin artıq bu, ölkə daxilində kritik infrastrukturun geniş spektrini qorumaq və həmçinin xaricdə yerləşdirilən qoşunları müdafiə etmək üçün kifayət deyil”, - deyə telekanal hərbi mənbələrə istinadla qeyd edib.

Bildirilib ki, müdafiə sahəsinin rəsmiləri Britaniyanın elektrik stansiyaları, hərbi bazalar və hökumət binaları kimi kritik milli infrastrukturu qanadlı və ballistik raket zərbələrindən qorumaq qabiliyyətini bərpa etmək variantlarını araşdırırlar.

Lakin mənbələr onu da vurğulayıblar ki, hava hücumundan, yaxud raketdən hər hansı etibarlı müdafiə planı milyardlarla funt-sterlinqə başa gələcək.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR