İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Generalın maşını havaya uçuruldu - ANBAAN VİDEO

2389 09.06.2026 15:01 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Moskva vilayətinin Balaşixa şəhərində "BMW" markalı avtomobil partladılıb, hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib.

Musavat.com xəbər verir ki, Rusiya Teleqram kanallarının yaydığı məlumata görə, avtomobilin partlaması nəticəsində yüksək rütbəli rusiyalı hərbçi həlak olub.

Şəxsiyyəti açıqlanmayan həmin şəxs general-leytenant rütbəsində olub.

Qeyd edək ki, hadisə iyunun 9-u səhər saat 05:30 radələrində (Bakı vaxtı ilə 06:30-da) Balaşixanın Aviatorlar mikrorayonunda, Koldunov küçəsində baş verib. Sürücü "BMW X3" markalı avtomobilinə əyləşərək dayanacaqdan hərəkətə başladığı an güclü partlayış baş verib.

Ukraynanın "Exilenova+" monitorinq kanalı tərəfindən paylaşılan videolardan da partlayışın məhz hərəkət zamanı baş verdiyi görünür. Sürücü aldığı çoxsaylı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Rusiya İstintaq Komitəsi faktı təsdiqləyərək hadisə ilə bağlı cinayət işinin açıldığını bəyan edib. İlkin araşdırmalara görə, partlayış trotil ekvivalentində 300–400 qram gücündə olan əl yapımı partlayıcı qurğu vasitəsilə törədilib.

Hadisə ilə bağlı bir neçə versiya irəli sürülür. Partlayıcı qurğunun sürücü sükan arxasına əyləşəndən bir neçə dəqiqə sonra uzaqdan idarəetmə ilə işə salındığı ehtimal olunur.

Rusiya hüquq-mühafizə orqanlarına yaxın "Mash" və digər Teleqram kanallarının verdiyi məlumata görə, bombanın sürücü oturacağının altına yerləşdirildiyi bildirilir. Başqa bir versiyada isə qurğunun maşının arxa hissəsinə qoyulduğu və partlayışdan dərhal sonra baqaj və arxa oturacaqlarda yanğın başladığı qeyd edilir.

Məlumata görə, həlak olan sürücünün 62 yaşı olub və o, sözügedən avtomobili 1 il 8 ay əvvəl satın alıbmış. Hazırda hadisə yerində istintaq qrupu işləyir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR