İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolts İlham Əliyevə təşəkkür etdi

434 26.04.2024 14:51 Siyasət A A

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.

Musavat.com xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Biz birgə iqlim siyasətinə dair məsələləri müzakirə edə bilərik. 2035-ci ilə qədər yeni iqlim hədəflərini formalaşdıra bilərik. Biz iqlim maliyyələşməsinə büdcədən 6 milyard ayırmışıq, ümumilikdə 10 milyard avro səfərbər etmişik. Özəl sektoru da iqlim mövzusuna səfərbər etməliyik. COP29-da bu istiqamətdə müəyyən razılaşmalar əldə edəcəyimizə əminəm", - o qeyd edib.

O.Şolts Prezident İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür edib.

"Əminəm ki, əməkdaşlığımızı daha da dərinləşdirəcəyik", - Almaniya Kansleri vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR