İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 48 saat: Ərdoğanla Putinin “duz-çörək razılaşması”

4680 14.07.2023 04:11 Yazarlar A A

Rusiya taxıl sövdələşməsindən çıxarsa, Türkiyə NATO hərbi gəmilərinin Bosfor boğazından keçməsinə icazə verərmi? 

Rusiya-Türkiyə, Ərdoğan-Putin münasibətlərində “məsafəli davranış” davam edir. Kreml münasibətlərdəki gərginliyin üzərinə getmir. Son olaraq Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkin Türkiyədən bir neçə kəlmə gileylənib. Amma indi həm də elə bir ərəfə yetişib ki, bu təmasları mütləq davam etdirmək zərurəti yaranıb. Çünki iyulun 17-də Rusiya ilə taxıl müqaviləsinin müddəti başa çatır.

Məlumdur ki, taxıl müqaviləsi Ərdoğanın səyləri nəticəsində İstanbulda Türkiyə, BMT, Rusiya və Ukrayna nümayəndələri tərəfindən imzalanıb. Sonradan isə bir neçə dəfə uzadılıb.

Rusiyanın taxıl müqaviləsi ilə bağlı mövqeyini sərtləşdirməsi əslində, iki aylıq uzatmadan əvvəl məlumdur. Moskva tələbləri yerinə yetirilməsə, taxıl müqaviləsindən çıxacağını bəyan etmişdi. Rusiya iddia edir ki, əvvəla, Ukrayna taxılı vəd edildiyi kimi, aclıq çəkən ölkələr getmir, Avropa öz anbarlarını doldurur. İkincisi, Rusiya razılaşmanın əksinə olaraq, öz taxılının və kənd təsərrüfatı gübrələrinin ixracına imkan verilmədiyini deyir. Söhbət həm də Rusiyanın “Rosselxozbank” vasitəsilə maliyyə əməliyyatlarına maneələrin qalmasından gedir. Nəhayət, Rusiya Qara dənizdəki taxıl dəhlizindən Ukrayna hərbi məqsədlər üçün istifadə edərək hərbi gəmilərinə kamikedze-katerlərlə hücumlar təşkil edildiyindən narazıdır. 

23699.jpg (151 KB)

Əslində, bir neçə Qərb mənbələri də təsdiq edib ki, ixracın böyük hissəsi Aİ-yə (təxminən 50%), daha 25%-dən yuxarı orta gəlirli ölkələrə gedir, ərzaq məhsullarının isə yalnız 25%-dən çox olmayan hissəsi kasıb ölkələrə çatır. Rəsmi rəqəmlərə görə, Çin, İspaniya və Türkiyə sazişdən ən çox faydalanan ölkələr olub. Bu dövlətlərin Ukraynadan göndərilən məhsulların yarıdan çoxunu aldığı deyilir.

Qərb indiyədək Türkiyənin Rusiya ilə münasibətlərindən yararlanaraq, taxıl sazişinin uzadılmasına nail olub. Amma “Azov” komandirlərinin Ukraynaya qaytarılmasından sonra bu ölkələr arasında münasibətlər, necə deyərlər, limonidir. Ərdoğanın Zelenski ilə taxıl müqaviləsinin uzadılmasını müzakirə etdiyini, Putinin isə bu mövzuda bəzi təklifləri olduğu barədə dedikləri Rusiya XİN-də qıcıqlı reaksiya doğurub. Xarici işlər naziri Sergey Lavrov “mənim hər hansı yeni təklifdən xəbərim yoxdur. Görünür, söhbət Putinlə Ərdoğanın uzun müddətdir müzakirə etdiyi məsələdən gedir”deyə, o bildirib. 

1688799888_f1684bc4a48589cc0b2fd1e815932cae.jpg (69 KB)

Yada salaq ki, Ərdoğanın “Azov”çularla bağlı qərarının səbəblərdən biri kimi taxıl sövdələşməsi də göstərilirdi. Bildirilir ki, Ankara bu addımı ilə Rusiyaya o mesajı verib ki, bu sövdələşmə Türkiyənin də ehtiyacı olan çox mühüm bir razılaşmadır, onun da maraqları nəzərə alınmalıdır. BMT-nin məlumatları da bu iddiaları doğrulayır. Belə ki, taxıl təşəbbüsü çərçivəsində Ukrayna taxılının 10%-i Türkiyə bazarına gedir. Ankara iqtisadi baxımdan qazanır. Üstəlik, bu razılaşma Türkiyənin və xüsusilə Ərdoğanın reytinqinə və beynəlxalq statusuna da töhfə də verir.

Rusiya mediası yazır ki, Moskva sövdələşmənin müddətinin uzadılmasına indiyədək geosiyasi və hərbi baxımdan razılıq verib. Çünki Rusiya sazişdən çıxsa, aparıcı NATO ölkələrinin (ilk növbədə ABŞ və Böyük Britaniya) taxıl gəmilərini müşayiət etmək üçün Qara dənizə hərbi gəmilər göndərmək riski var. Türkiyə isə bu halda xarici hərbi gəmilərin Bosfor boğazından keçməsinə (Möntrö müqaviləsi) icazə verib-verməyəcəyi dillemması ilə üzləşə bilər. Ankara keçidə icazə verərsə, Rusiya ilə münasibətləri daha da gərginləşə bilər. Gəmilərin keçidə icazə verməsə, o zaman da Ərdoğanın Qərb və NATO ilə problemləri yaranar. Əgər seçim qarşısında qalarsa, Ərdoğanın Qərb blokunu seçəcəyi deyilir ki, bu da Rusiya üçün risklidir, çünki xarici gəmilərin keçməsi Qara dənizdə birbaşa hərbi toqquşmaya səbəb ola bilər.

Belə görünür ki, NATO Türkiyə vasitəsilə Rusiya ilə kommunikasiyanı saxlamağı vacib bilir. Bu, Qərbin maraqlarına uyğundur. Bəlkə də bu səbəbdən aparıcı Qərb dövlətləri Ərdoğanın “Azov”çuları Zelenskiylə Ukraynaya göndərməsinə reaksiya vermədilər, bunu görməzdən gəldilər.

“Sabah” qəzeti isə yazır ki, Ərdoğan Rusiya Putinlə meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarələrinin alınmasını müzakirə etmək istəyir. "Cənab Putinlə şəxsi görüşdə biz onların bir neçə amfibiya təyyarəsinin alınmasını müzakirə edəcəyik", - Türkiyə lideri bildirib. Ərdoğan əlavə edib ki, dövlət AFAD üçün helikopter və təyyarələrin alınması üçün 100 milyon türk lirəsi ayırır.

Ərdoğanın Rusiyadan amfibiya təyyarə almaq istəyini indi vurğulaması əslində, usta siyasətçinin gedişidir.

11373956.jpg (595 KB)

Böyük ehtimalla qarşıdakı 48 saatda Ərdoğan-Putin danışıqları olacaq. Bu dəfə “duz-çörək razılaşması” baş tutmaya da bilər, hər şey Putinin mövqeyindən və hesablamalarından asılıdır. Rusiya indi o halda deyil ki, özünə Qara dənizdə yuxarıda qeyd edildiyi kimi, yeni problemlər yaratsın. Həm də taxılı həmişə tapmaq olar, Türkiyə kimi müttəfiqi isə yox...

48 saat gözləyək...

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR