Birləşmiş Ərəb Əmirlikləri ilk dəfə olaraq İran ərazisinə hava zərbələri endirib.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi İran ərazisində yerləşən duzsuzlaşdırma (su təmizləmə) zavodu olub.
Həyata keçirilən zərbə hələlik daha çox siyasi mesaj xarakteri daşıyır və İran rəhbərliyinə xəbərdarlıq kimi qiymətləndirilir.
Nəşr qeyd edir ki, əgər İranın hücumları genişlənərsə, BƏƏ-nin hərbi kampaniyaya qoşulması ehtimalı real görünür. Lakin bu iştirakın məhdud miqyasda olacağı istisna edilmir.
Şahanə Rəhimli
Musavat.com






