İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! HƏMAS dünyanın gözlədiyi qərarı açıqladı - ŞOK

2601 05.05.2024 08:30 Dünya A A

İsrail - HƏMAS müharibəsinin fasiləsiz davam etdiyi bir vaxtda Misirdə atəşkəs danışıqları aparılır. Paytaxt Qahirədə İsrail və HƏMAS arasında aparılan əsir mübadiləsi və atəşkəs razılaşması danışıqlarının nəticə verib-verməyəcəyi bütün dünyada maraqla izlənilir.

Musavat.com-un Fransanın AFP xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan HƏMAS rəsmisi Misirin paytaxtı Qahirədə keçirilən əsir mübadiləsi və atəşkəs razılaşması danışıqları ilə bağlı verdiyi açıqlamada deyib ki, Qəzza zolağına hücumlara son qoymayan atəşkəs qəbul edilməyəcək.

Onun sözlərinə görə, İsrail hücumları davam etdirməkdə israr edərək razılaşmanın qarşısını alır: "Sionist varlıq öz əsirlərini xilas etmək üçün razılaşma axtarır, lakin hücumlara son vermək barədə düşünmür".

Rəsmi vurğulayıb ki, HƏMAS Qəzzaya hücumların dayandırılmasını açıq şəkildə ehtiva etməyən razılaşmanı heç vaxt qəbul etməyəcək və belə olan halda müharibə davam edəcək.

Həmin şəxs İsrailin baş naziri Benyamin Netanyahunu razılaşmaya ən böyük maneə olmaqda günahlandırıb: “Bizdə olan məlumatlar Netanyahunun şəxsi səbəblərdən razılıq əldə olunmasına mane olduğunu təsdiqləyir”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR