İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İranın qərarı BƏLLİ OLDU: gecə saatlarında... - ŞOK

3134 17.04.2024 13:34 Dünya A A

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin hücumundan qorxaraq Suriyadakı bəzi obyektləri boşaldır.

Musavat.com xəbər verir ki, bu barədə Wall Street Journal-a bölgədəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, SEPAH Suriyadakı obyektləri üçün “fövqəladə tədbirlər” həyata keçirir.

Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı birliklərinin bir qismi tamamilə, digərləri isə qismən gecə saatlarında İsrailin hücumundan qorxduğu üçün təxliyə edilib.

Mənbələr yalnız bəzi üzvlərin silah anbarlarını qorumaq üçün qaldığını, əksəriyyətinin çıxıb getdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR