İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır

3476 17.04.2024 13:51 Son xəbər A A

Kreml Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Musavat.com bu barədə "Kommersant" qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Peskov konfrans zamanı sülhməramlıların geri çəkilməsi ilə bağlı suala "Bəli, həqiqətən belədir" cavabını verib. 

Onun sözlərinə görə, artıq Rusiya sülhməramlılarının şəxsi heyət və hərbi texnikalarının Qarabağdan çıxarılmasına başlanıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Qarabağda müvəqqəti müşahidə məntəqələrini bağladığı barədə məlumat yaymışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR