İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial Ədalət Partiyası özünü buraxdı-təşkilatın son BƏYANATI FOTO

1094 22.06.2023 17:00 Siyasət A A

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. 

Musavat.com xəbər verir ki, bu, Mətləb Mütəllimovun sədrlik etdiyi Sosial Ədalət Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Musavat.com-a eksklüziv olaraq göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə demokratik mühitin bərqərar olunmasına, insanlar arasında sosial ədalətin təmin olunmasına siyasi dəstək vermək məqsədilə yaradılan Sosial Ədalət Partiyası 1998-ci ildə rəsmi dövlət qeydiyyatına alınmışdır.

Sosial Ədalət Partiyası mövcud olduğu 30 ilə yaxın müddətdə ölkənin siyasi həyatında layiqincə təmsil olunmağa çalışmışdır. Lakin Partiyanın sosial bazasının zəif olması son dövrlərdə yeni qanunvericiliyə və zamanın müasir çağırışlarına uyğun şəkildə ictimai-siyasi proseslərdə aktiv iştirak etməməyimizə səbəb olmuşdur. 

689166.jpg (14 KB)

                            Mətləb Mütəllimov

Ölkəmizdə həyata keçirilən sosial siyasətin daha da dərinləşəcəyinə, əhalinin rifahının bundan sonra da layiqli şəkildə təmin olunacağına, məcburi köçkünlərimizin öz doğma yurd yerlərinə qısa zamanda qayıdacağına inanaraq və bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə dəstək niyyətilə Sosial Ədalət Partiyası olaraq siyasi və hüquqi fəaliyyətimizi dayandırdığımızı bəyan edirik. Ölkəmizdə demokratik dəyərlərin inkişafına təkan verən siyasi təsisatlara və partiyamızın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayırıq”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR