İnsanlara hürriyət, millətlərə istiqlal!

Starmerin evinin yandırılması işi ilə bağlı ŞOK

467 16.06.2026 13:22 Dünya A A

Böyük Britaniyanın baş naziri Kir Starmerlə əlaqəli əmlaklara qarşı həyata keçirilən yandırma hadisələri ilə bağlı məhkəmə araşdırması yeni detalları üzə çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb.

London məhkəməsi 2025-ci ilin yazında baş vermiş bir sıra yanğın hadisələri ilə əlaqədar iki nəfəri təqsirli bilib. Bunlar 22 yaşlı Ukrayna vətəndaşı Roman Lavrinoviç və ukraynaəsilli 27 yaşlı Rumıniya vətəndaşı Stanislav Karpyukdur.

İttihama görə, Lavrinoviç “Telegram”da “EL” ləqəbli istifadəçi tərəfindən yönləndirilib və tapşırıqlar alıb.

BBC-nin araşdırmasında bildirilir ki, hadisə daha geniş miqyaslı sabotaj, təxribat və dezinformasiya kampaniyasının tərkib hissəsi ola bilər. Nəşrin məlumatına görə, araşdırma zamanı əldə olunan bəzi izlər Rusiyaya bağlı strukturlarla mümkün əlaqələrə işarə edir.

BBC yazır ki, “EL” rusdilli istifadəçidir və kəşfiyyat dairələrindəki mənbələr onu informasiya müharibəsi metodları üzrə fəaliyyət göstərən şəxslərlə əlaqələndirirlər. Mənbələrin iddiasına görə, həmin şəxsin adı Yevgeni Lyukşin ola bilər.

“The Insider” nəşri isə söhbətin Rusiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşlarından biri ilə əlaqələndirilən Yevgeni Lyukşindən getdiyini yazıb. Nəşr onun Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) ilə mümkün dolayı əlaqələrinin ola biləcəyini də qeyd edib.

“Financial Times” isə “EL” ləqəbli şəxsin Kremlin tərəfdarı kimi tanınan NoName057(16) haker qruplaşması ilə mümkün əlaqələrini araşdırdığını bildirib.

Hazırda Britaniya hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırmağa davam edir. Rusiya tərəfi isə bu iddialarla bağlı hər hansı rəsmi açıqlama verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR