İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişi istəmirsinizsə, canınız cəhənnəmə...

2635 11.05.2023 15:19 Yazarlar A A

Paşinyan vəziyyətə doğurdan da nəzarət edə bilmirsə, ordu rəhbərliyi onun Brüsselə gedəcəyi ərəfədə sərhəddə məqsədli təxribat törədirsə, o halda baş nazir istefa verməlidir, əks halda bu iş onun üzərindədir

Ermənistanın Vaşinqtonda bir neçə raundda keçirilən danışıqlarda və Brüssel görüşü ərəfəsi yenidən sərhəddə qan tökməsi ilə nəticələnən təxribatı əlbəttə ki, hansısa sərxoş komandirin özbaşınalığı deyil. Ermənistanın baş naziri Nikol Paşinyan adətən, bu cür tryuklardan istifadə edir. Məsələn, Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılmasından bir neçə gün əvvəl də ermənilər təxribat törətmiş, üç əsgərimiz şəhid olmuşdu. O vaxt Paşinyan bu təxribatı üzərindən atmaq üçün Ermənistanın sərhəd qoşunlarının rəhbərini işdən çıxardı. O rəy yaradıldı ki, sanki İrəvan bu təxribatda iştirakçı deyil. Paşinyan vəziyyətə əgər doğurdan da nəzarət edə bilmirsə, ordu rəhbərliyi onun Brüsselə gedəcəyi ərəfədə sərhəddə məqsədli təxribat törədirsə, o halda baş nazir özü çıxıb istefa verməlidir. Deməlidir ki, erməni xalqının rifahı üçün sülhüm vacibliyini qanır, amma kənar qüvvələr buna imkan vermir. Cəsarəti çatırsa, ordusunun kimin əmrlərin icra etdiyini də açıqlaya bilər. Məsələn, Makronun, ya da Putinin adını da çəkə bilər. O halda, Azərbaycan rəhbərliyi də inanar ki, Paşinyanın sözünü eşidən yoxdur, o İrəvanda sadəcə kukladır, ordu da onu həmişə bu cür təxribatlarla onu pis vəziyyətə qoyur, bir sözlə sülhün əldə olunması imkansızdır. Paşinyan bunları demirsə, demək bu təxribatlar, ordumuza hücumlar onun əmridir, onun iradəsindən kənar deyil.

er ordsu.jpg (9 KB)


Əlbəttə ki, səbəbi kənarda axtarmaq, heç bitməyən təxribatlarda hansısa maraqlı qüvvələr şübhə etmək də olar, amma bununla iş bitmir. Aydındır ki, Azərbaycan Ordusunun mövqelərini atəşə tutulması, hərbçimizin şəhid olması vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Bunu əvvəldə planlaşdırıblar, belə olmasaydı, erməni mövqelərinə snayperlər yerləşdirilməzdir. Snayperlərdən istifadə edilməsi də bunun planlaşdırılmış təxribat olduğunu təsdiqləyir.
Bəs, İrəvanın qarnının sancısı nədir? Buna səbəb Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın çətin vəziyyətə düşməsi və bu ölkədən Azərbaycanın ərazi bütövlüyünü tanınmasının tələb olunması ola bilər. Qərb ermənilərdən fərqli olaraq, daha praqmatik düşünür. Anlayırlar ki, Ermənistanın xilas yolu bu sülh sazişindən keçir. Yəni bizə canları yanmır, ermənilərə xilas yolu axtarırlar. Bunu isə qara qatır da anlayır, erməni yox...

azsger.jpg (76 KB)

Ermənistan həftəsonu Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də yenə də eyni tələb və şərtlərlə üzləşəcəyini bilir, bu səbəbdən ənənəvi metod olan təxribata əl atır. Son aylar Ermənistan Hindistan və İrandan bir neçə silah əldə edib, o dəmir-dümürə də deyəsən, çox arxayın olublar. Düşünürlər ki, bu dəfə hansısa ciddi toqquşmalar olarsa, Azərbaycanın bundan əvvəlki əməliyyatlarda yerləşdiyi ühüm mövqelərdən bəlkə də uzaqlaşdırmaq olar. Azərbaycan ordusunun möhkəmləndiyi bu mühüm mövqelər Ermənistanı ciddi narahat edir və dəfələrlə bunu etiraf da ediblər. Amma onu da bilməlidirlər ki, Azərbaycana qarşı sərhəddə növbəti irimiqyaslı təxribat törətsələr, bu dəfə Azərbaycan ordusu məsələn, Göyçə gölünə tam nəzarəti ələ ala bilər. Bunlar Avropa İttifaqının müşahidə missiyasını yalvar-yapışla ona görə sərhədlərinə gətiriblər ki, təxribatlarına cavab olaraq irimiqyaslı əməliyyatlar olarsa, hay-küy sala bilsinlər, köməklərinə kimlərsə yetişsin.

paş.jpg (292 KB)


Qorxular, bunu şübhə yoxdur. Amma həm də başları bədənlərinə yenə ağır gəlir. O çirkin başlarındakı xəyallardan qurtula bilmirlər. Prezident İlham Əliyev bu niyyətlərinə tutarlı cavab verib. Əgər 29 min kvadrat kilometr Ermənistan ərazisində rahat yaşamaq istəyirlərsə, Azərbaycanla sülh sazişinə razılaşmalıdırlar. Bu xəbərdarlıq deyil, net mövqedir, Ermənistan rəhbərliyinə də, erməni xalqına da doğru yol xəritəsidir. Ermənistan görünür ki, bunu qəbul etmirlər.

Sülh istəmirlərsə, canları cəhənnəmə...

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR