İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılara yeni komandan gətirilən Kirill Kulakov kimdir? -DOSYE

3289 28.08.2023 17:43 Son xəbər A A

Xəbər verdiyimiz kimi, erməni mediası sülhməramlıların hazırkı komandiri Aleksandr Lentsov vəzifəsindən gedəcəyini, onun yerinə isə general-mayor Kirill Kulakov gətiriləcəyini yazır.

Musavat.com xəbr verir ki, Kulakov 1969-cu ilin iyulun 20-də anadan olub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Bundan sonra bir müddət Almaniyada, Uşaq Şərqdə və Mərkəzi Hərbi dairəsində qulluq edib.

Məlumata görə, o, 2014-2017-ci illərdə Orenburq kazak briqadasının Çelyabinski vilayətinin Çebarkulda yerləşən Suvorov, Kutuzov və Aleksandr Nevski adına Qırmızı Bayraq ordenli 7-ci Əlahiddə Mühafizə Tankının komandiri vəzifəsində çalışıb. O, həmçinin 2016-cı ildə general-mayor rütbəsinə layiq görülüb.

2017-ci ilin martından isə Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub. Fəaliyyəti dövründə “Rəşadətli əməyə görə”, Tatarıstan Respublikası Prezidentinin təşəkkürü, “Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə” ordenlərilə təltif edilib.

Məlumat üçün bildirək ki, rəsmi Moskva bu məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəyə general-leytnant Rüstəm Muradov, Mixail Kosobokov, Andrey Volkov gətirilib.

Musavat.com

Sülhməramlılara yeni komandan gətirilən Kirill kimdir? -

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR