İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtın bir ildə 7 medal alan istedadlı şagirdi

2383 05.02.2024 12:05 Təhsil A A


Olimpiadalarda yüksək nəticələr göstərən məktəbli beynəlxalq yarışlara qatılacaq

Təhsil nailiyyətlərinə, xüsusi istedadlarına, bilik və bacarıqlarına, olimpiadalarda yer qazanmalarına görə Sumqayıt məktəbliləri hər zaman fərqlənib. Son illərdə bu göstərici daha da artıb.

Sumqayıtın xüsusi bilik və bacarıqlara, istedada, olimpiada nailiyyətlərinə görə fərqlənən şagirdlərindən biri də Banu Mübariz qızı Cəbrayılovadır.
Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin 4d sinif şagirdi olan Banu Cəbrayılova 2023-cü ildə keçirilmiş beynəlxalq riyaziyyat olimpiadalarından FiSO qızıl medal, TİMO bürünc, HKİMO merit, FMO-da gümüş, İMEC bürünc, BMO-da qızıl, AMO-da gümüş medallar qazanıb. İki dəfə də Cambridge beynəlxalq ingilis dili sınağından bürünc sertifikat qazanıb.

İstedadlı şagird olan Banu FİSO-nun 2024-cü ilin iyununda Dubayda keçiriləcək final raunduna, İMEC-in martda Bakıda keçiriləcək final raunduna, AMO-nun isə iyulda Sinqapurda keçiriləcək final raunduna vəsiqə qazanıb.

Qeyd edək ki, belə nəticələr göstərən şagirdlərimiz çox deyil, belə istedadlı uşaqların daha da inkişafına nail olmaq ölkəmiz üçün çox lazımdır.
Şagirdimizə daha böyük nailiyyətlər arzu edirik.

Musavat.com

420242991_1071757220698898_3636936877534036511_n.jpg (114 KB)

420490356_299740409765929_5268040832532882856_n.jpg (74 KB)

420545971_898887765268629_4183152309241010412_n.jpg (66 KB)

422762860_6842461725862093_6944297789303651751_n.jpg (81 KB)

423686876_313021585081644_6915311021256459887_n.jpg (101 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR