İnsanlara hürriyət, millətlərə istiqlal!

"Taliban"dan əfqan qadınlara ƏN SƏRT QADAĞA: burka geyinməyəni...

1199 08.05.2022 12:13 Dünya A A

2021-ci ilin avqustunda Əfqanıstanda faktiki olaraq hakimiyyəti ələ keçirən "Taliban" ölkədəki qadınlara ictimai yerlərdə başlarını örtüb gəzmələrini əmr edib.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Qeyd edilib ki, bu, Taliban tərəfindən qadınların hüquqlarına qoyulan ən sərt məhdudiyyətlərdən biridir.

Taliban hökumətinin mayın 7-də verdiyi fərmanda burka geyməyin “ənənə və hörmət nümayişi” olduğu bildirilir. Bu qaydanı pozduğuna görə qadın və ya onun yaxın qohumu cərimədən həbsə və dövlət vəzifəsindən azad edilməyə qədər cəza gözləyir.

Əfqanıstanda hakimiyyətə gəldikdən sonra "Taliban" qadınların hüquqlarını məhdudlaşdırmayacağına söz verib. Amma bunun əksi baş verdi: onlara kişinin müşayiəti olmadan çölə çıxmaq qadağan edildi, məktəb və universitetlərdə kişilərlə təhsil almağa icazə verilmədi.

Daha sonra "Taliban" Əfqanıstanda qadın və qızların kişilərin müşayiəti olmadan səyahət etməyi və həkim məsləhəti almağı qadağan etdi. 2022-ci ilin martında "Taliban" açılmalı olduğu qız məktəblərini darmadağın etdi.

Son insident beynəlxalq ictimaiyyətin tənqidinə səbəb oldu və ABŞ Əfqanıstana maliyyə yardımı ilə bağlı tədbiri ləğv etdi. Cenevrə Müraciətinə əsasən, 39 milyon əfqandan 23 milyonu pis qidalanır və 97%-i yoxsulluq həddinin altında yaşayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR