İnsanlara hürriyət, millətlərə istiqlal!

"Taşacak bu deniz"in aktrisası boşanır?

443 09.07.2026 01:09 Şou-biznes A A

TRT 1-də yayımlanan və böyük maraqla izlənilən “Taşacak Bu Deniz” serialında Esme obrazını canlandıran Deniz Baysal ilə həyat yoldaşı Barış Yurtçu-nun boşanacağı iddia olunur.

Demokrat.az bildirir ki, 6 illik evli olan cütlüyün son zamanlar birlikdə görünməməsi ayrılıq xəbərlərinin yayılmasına səbəb olub. İddialara görə, “Taşacak Bu Deniz” serialının mövsüm finalı münasibətilə keçirilən vida yeməyində Barış Yurtçu-nun iştirak etməməsi və cütlüyün ayrı-ayrı vaxt keçirməsi diqqət çəkib.

Məlumata görə, jurnalist İbrahim Savun cütlüyün boşanma üçün müraciət etdiyini iddia edib. Ayrılığın səbəbi kimi isə münasibətdə yaranan fikir ayrılıqları və zamanla bir-birlərinə qarşı hisslərin zəifləməsi göstərilir.

Deniz Baysal və Barış Yurtçu 2017-ci ildə “Kolpa” qrupunun “Tasma” mahnısının klip çəkilişləri zamanı tanış olublar. İki illik münasibətdən sonra Barış Yurtçu 2018-ci ildə evlilik təklifi edib. Cütlük həmin ilin noyabrında nişanlanıb, 2019-cu ilin sentyabrında isə Çeşmədə keçirilən mərasimlə ailə qurub.

Uzun müddət nümunəvi cütlük kimi göstərilən Deniz Baysal və Barış Yurtçu barədə yayılan boşanma xəbərləri hələlik yalnız iddia olaraq qalır. Cütlükdən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR