İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putindən TƏHLÜKƏLİ HƏMLƏ - Aprelin 3-dən...

3287 26.03.2023 15:45 Dünya A A

Rusiya prezidenti Vladimir Putin Rusiya dövlət televiziyasına müsahibəsində Strateji Silahların Azaldılması Müqaviləsinin (START) öhdəliklərinə uyğun olaraq Belarusda nüvə silahı yerləşdirəcəklərini açıqlayıb.

Musavat.com xəbər verir ki, Putinin sözlərinə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko tələb edir.

"O deyir ki, biz yaxın müttəfiqlərik və dərin münasibətlərimiz var. Biz Belarusa nüvə silahı vermirik. ABŞ da müttəfiqlərinə vermir. Əslində, biz onların illərdir etdiklərini edəcəyik. Onların müəyyən müttəfiqləri var və daşıyıcılarını hazırlayırlar. Biz də eyni şeyi etməyə qərar verdik. Strateji Silahların Azaldılması Müqaviləsinin öhdəliklərini pozmadan biz belaruslu dostlarımızı dəstəklədik və buna uyğun olaraq (nüvə silahı daşıyanlara görə) 10 təyyarə hazırladıq. Bu 10 təyyarə bu tip silahlardan istifadə etməyə hazırdır" - Rusiya lideri deyib.

Putin Belarusda işlərini davam etdirdiklərini bildirib: “Aprelin 3-dən etibarən ekipajların təliminə başlayırıq. Xüsusi anbarın tikintisini iyulun 1-dək başa çatdıracağıq”, - deyə, o bildirib.

Rusiya prezidenti Böyük Britaniyanın Ukraynaya zəiflədilmiş nüvə mərmiləri göndərmək qərarının riskli olduğunu əlavə edib: “Bunlar, əlbəttə ki, kütləvi qırğın silahları kateqoriyasına aid deyil. Onlar bir növ radiasiya tozu yaradırlar və buna görə də təhlükəli silahlardır. İstifadə edilərsə, kənd təsərrüfatı torpaqlarının çirklənməsi qaçılmazdır. Buna görə də yerli sakinlər və ətraf mühit üçün təhlükə yaranacaq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR