İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbə saqqalı universitetə gələ bilərmi?

1390 30.04.2024 17:05 Təhsil A A

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub.

Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin Mətbuat Xidmətindən bildirilib ki, bu, Bakı Biznes Universitetinin daxili qaydasıdır və ildə bir neçə dəfə tələbələrə belə bir xəbərdarlıq edilir. Dərslərə isə heç bir maneə törətmir.

Bəs tələbə saqqalı universitetə gələ bilərmi?

Musavat.com bildirir ki, ADPU-nun Təhsildə Təhlil və Komunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov məsələyə bu cür mövqe bildirib:

1589192278_kamran4 (4).jpg (74 KB)

"Universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar. Onların bu cür hərəkətləri təhsil haqqında qanuna ziddir. Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqa saxlamasına müdaxiləsi mümkün deyil. Hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir.

Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir. Doğrudur, hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən etmək hüququ vardır. Amma bu o deməkdir ki, geyim forması müəyyən olunarkən təhsil alanların hüquqları və təhsil almaq hüquqları tapdanmamalıdır. Eyni zamanda ali təhsil müəssisələrinin daxilində təhsil alan və təhsil verənlərin münasibətləri Təhsilalanların daxili intizam Qaydaları ilə tənzimlənir.

Yəni universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əmək etməyə borcludurlar, amma onların hüquqlarını tapdamamaq şərti ilə. Yəni qadağalar təhsilin inkişafı üçün, keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır və bu əsaslandırılmış olmalıdır. Nəzəriyyə ilə yox.

Ola bilsin ki, təhsil haqqında qanunda hansısa məsələlərə toxunulmayıb. Əgər bu məsələ ilə bağlı qanunda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələləri istədikləri kimi tənzimləyə bilər. Bu hal tələbələrin hüquqlarını pozmaqla bərabər təhsil haqqında qanunun da demədiyi sözü deyir. Dolayısı ilə, qanundan kənar addım atılır.

Hesab edirəm ki, bizə tələbənin forması deyil, məzmunu lazımdır. Forma isə məzmuna çox cüzi, üstəlik uzun müddətdən sonra təsir edə bilər. Məsələn, biz özümüz də cəmiyyət olaraq, formaca avropalıyıq, düşüncəmiz isə hələ də şərqli təfəkkürüdür.

Tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq vacibdir. Tək tələbələrin deyil, əhalinin də fikrini öyrənmək lazımdır".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR