İnsanlara hürriyət, millətlərə istiqlal!

Təsdiqlədilər – Ermənistana silah veriləcək

1848 04.04.2024 20:32 Region A A

Avropa Birliyi (AB) Ermənistan silahlı qüvvələrinə öldürücü olmayan silahlar məsələsində dəstək vermək niyyətindədir.

Bunu AB-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos deyib.

Avropalı diplomat bildirib ki, söhbət mövcud potensialın gücləndirilməsinə kömək edəcək zəruri dəstəkdən gedir:

“Bu, Avropa Sülh Mexanizminin çərçivəsinin bir hissəsidir”.

Maraqos həmçinin əlavə edib ki, AB Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsi və tənzimlənməsinə sadiq qalır.

Onun sözlərinə görə, Ermənistan və AB təhlükəsizlik sahəsində əməkdaşlıqda irəliləyiş əldə edib. Bu kontekstdə o, siyasi dialoqun aktivləşdirilməsinə, eləcə də təhlükəsizliklə bağlı məsələlərin aydın müzakirəsinə diqqət çəkib./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR