İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp etirazların mərkəzi olan şəhərin meri ilə DANIŞDI

744 27.01.2026 08:52 Dünya A A

ABŞ prezidenti Donald Tramp federal miqrasiya orqanlarına qarşı etirazların davam etdiyi Minneapolis şəhərinin meri ilə danışıb.

Musavat.com xəbər verir ki, bu barədə o, "Truth Social"da paylaşım edərək, danışığın "çox yaxşı" keçdiyini bildirib:

"Minneapolis meri Ceykob Frey ilə çox yaxşı telefon danışığım oldu. Əhəmiyyətli irəliləyiş əldə edilib. Tom Homan müzakirəni davam etdirmək üçün sabah onunla görüşəcək". Homan Vaşinqton administrasiyasında sərhəd nəzarəti və qanunsuz immiqrantların deportasiyasından məsuldur.

Frey əvvəllər məhkəmədən federal agentliklərin qanunsuz immiqrasiyanın qarşısını almaq üçün əməliyyatlar aparmasını müvəqqəti olaraq qadağan etməsini istədiyini açıqlamışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR