İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Orbanla əməkdaşlığın perspektivlərindən danışıb

342 26.04.2024 15:10 Dünya A A

Macarıstanın baş naziri Viktor Orbanla əməkdaşlığı və mühafizəkarlığı bərpa etmək gələcək prezidentin dövründə ABŞ-ın maraqlarına uyğundur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Budapeştdə keçirilən “Mühafizəkarların siyasi fəaliyyəti” konfransında ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Mən ABŞ-ın 47-ci prezidenti kimi and içdiyim zaman baş nazir Viktor Orbanla yenidən yaxından işləməyi səbirsizliklə gözləyirəm”, - deyə Tramp bildirib.

ABŞ-ın keçmiş prezidentinin fikrincə, mühafizəkarlar birləşməli və öz dəyərlərini müdafiə etməlidirlər. Bu halda onlar “sivilizasiyanı xilas etmək uğrunda döyüşdə” qalib gələ bilərlər.

Bundan əvvəl Tramp Macarıstanın baş naziri Viktor Orbanın “böyük insan” adlandırmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR