İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiyanın təsir agentidir - Sülhəddin Əkbərdən ŞOK İDDİA VİDEO

752 19.04.2024 14:18 Gündəm A A

“Rusiyanın əsas iki gücü var, nüvə silahı və kəşfiyyat. Nüvə silahını işlədə bilmir. Əsas gücü kəşfiyyatındadır. ABŞ-də anti-rus mövqeyi ilə xüsusi fərqlənən Respublikaçılar Partiyasına diqqət edin, partiya üzvləri bir-birini Rusiyaya işləməkdə, Kremldən təlimat almaqda ittiham edir. Vəziyyət o yerə çatıb ki, rus kəşfiyyatı açıq şəkildə Rusiyanın təsir rolunu oynayan adamı ikinci dəfə hakimiyyətə gətirmək istəyir. Bu, rus kəşfiyyatının gücüdür”.

Bu fikirləri “TV Müsavat”ın canlı efirində politoloq Sülhəddin Əkbər bildirib.

“Rusiya-Ukrayna müharibəsinin uzanmasının bir səbəbi də odur ki, müharibə uzandıqca Rusiya ən qiymətli agentlərini işə salmağa məcbur qalır. Putin özü dedi ki, artıq bu müharibə ölüm-dirim məsələsidir. Putin ən qiymətli agenturasını işə salacaqdı, artıq başlayıb”, - deyə politoloq qeyd edib.

Ekspert əlavə edib ki, hazırda Putin üçün Trampdan qiymətli təsir agenti yoxdur:

“Ona görə bu prosesi bir qədər uzadırlar ki, Putin Kremlin bütün gücü ilə ortaya çıxsın ki, bu gücü tamamilə məhv edib sıradan çıxarsınlar. Çünki o güc görünmürsə, kölgə ilə mübarizə aparmaq kimidir. Yalnız Rusiya deyil, Çin, İran, Şimali Koreya da bütün gücünü, eləcə də kəşfiyyat gücünü ortaya qoyub ki, Trampı hakimiyyətə gətirə bilsinlər, ABŞ-nin bütün qlobal və regional oyunlarını poza bilsinlər”.

Daha ətraflı videoda:

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR