İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan QALMAQALLI açıqlama: “Qələbə yalnız ABŞ sayəsində mümkün oldu”

835 06.05.2025 11:40 Siyasət A A

ABŞ prezidenti Donald Tramp bildirib ki, İkinci Dünya müharibəsində qələbə yalnız Amerika Birləşmiş Ştatlarının sayəsində əldə olunub.

Musavat.com xəbər verir ki, bu barədə Tramp özünün sosial şəbəkəsi olan Truth Social-da paylaşım edib. 

“Biz iki dünya müharibəsində qələbə qazandıq, amma heç vaxt bu zəfəri öz adımıza çıxmadıq – bunu digərləri edir! Bütün müttəfiqlər dünya üzrə bizim İkinci Dünya müharibəsindəki qələbəmizi qeyd edir. Tək bir ölkə var ki, bunu qeyd etmir – Amerika Birləşmiş Ştatları. Halbuki bu qələbə yalnız bizim sayəmizdə mümkün olub”. , - deyə o qeyd edib.

Trampın sözlərinə görə, əgər ABŞ olmasaydı, müharibəni başqa ölkələr qazana bilərdi və bu, dünyanın bu gün tamamilə fərqli görünməsinə səbəb olardı.

Bu səbəbdən sabiq prezident ABŞ-da Birinci və İkinci Dünya müharibələrində qələbə münasibətilə milli bayramların təsis olunması təşəbbüsü ilə çıxış edib.

“Biz ölkəni bu iki mühüm tarixdə – 11 noyabr və 8 mayda bağlamayacağıq. Çünki Amerikada onsuz da çox bayram var. Artıq ildə kifayət qədər gün qalmayıb! Biz o vaxt da zəhmətkeş idik, indi də eləyik!” , - deyə Tramp əlavə edib.

Tramp bildirib ki, bu təşəbbüslə bağlı sənədlər daha sonra təqdim olunacaq.

O, mesajını isə hər zamankı şüarı ilə tamamlayıb: “Amerikanı yenidən möhtəşəm edəcəyik!”

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR