ABŞ prezidenti Donald Tramp İranda baş verən hadisələrlə bağlı sərt bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, o, İran xalqının İslam Respublikasına qarşı ümumxalq etirazlarını “inanılmaz” adlandırıb.
Tramp İranın ali rəhbəri Əli Xamneyiyə birbaşa müraciət edərək, etirazçıların zorakılıqla yatırılmasının ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib. ABŞ prezidenti bəzi şəhərlərdə etirazçıların nəzarəti ələ keçirməsi ilə bağlı yayılan məlumatlara toxunaraq bildirib:
“Etirazçılara atəş açmağa başlamaq sənin üçün yaxşı olmaz. Çünki o halda mən də atəş açmağa başlayacağam”.
O, həmçinin vurğulayıb ki, əgər etirazçılar qətlə yetirilərsə, ABŞ molla rejiminə qarşı son dərəcə ağır və ağrılı zərbə endirəcək.
Musavat.com






