İnsanlara hürriyət, millətlərə istiqlal!

Tünzalə Ağayeva ABŞ-də - VİDEO

1489 13.05.2025 13:17 Şou-biznes A A

Xalq artisti Tünzalə Ağayeva ABŞ-yə yollanıb.

Musavat.com xəbər verir ki, buna səbəb işgüzar səfərdir.

Sənətçi 20 gün ərzində müxtəlif rəsmi görüşlərdə iştirak edəcək, eyni zamanda mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının qonağı olub onların musiqiçiləri ilə yaxından tanış olaraq fikir mübadiləsi aparacaq.

Tünzalə Ağayeva ilk olaraq Vaşinqtona gedib. Maraqlı anlar yaşayan estrada ulduzu şəhər gəzintisindən ləntə alınan görüntülərini şəxsi “Instagram” hesabında paylaşıb.

Sənətçi “Parlament binası”nı, Vaşinqtonun küçələrini göstərib.

Ağayeva paylaşımına “Vaşinqtonda günəşli gün” rəyini yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR