İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Jandarma Komutanı Vətən müharibəsi qazisinə əsa göndərdi – FOTO/VİDEO

1023 30.01.2024 16:16 Hərbi xəbərlər A A

“Tərxis  Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup qazilərin qardaş Türkiyəyə səfəri baş tutmuşdu.

Səfər edən qazilərdəndən biri də “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan, ehtiyatda olan kapitan Həmidov Mahur Mahir oğludur.

Musavat.com Herbiand.az-a istinadən xəbər verir ki, səfər çərçevəsində Türkiyə Jandarma Komutanı Orgeneral Arif Çətinlə görüş baş tutmuşdur. Qazimizilə söhbət zamanı gözü Mahurun əsasına sataşan general ona əsa hədiyyə edəcəyini söz verir.

General Arif Çetinin qazimizə söz verib göndərdiyi əsanı bu  gün “Tərxis  Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli təqdim edib. Mahur Həmidov qazilərə diqqət və qayğıya görə  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı  cənab İlham Əliyevə, səfəri təşkil etdiyi üçün Emin Həsənliyə, hədiyyə üçün  Arif Çətinə təşəkkür edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR