İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə rəsmisi Amerikada Azərbaycan məsələsini müzakirə etdi

533 04.05.2024 11:45 Siyasət A A

 

Vaşinqtonda səfərdə olan Türkiyə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ABŞ Konqresinin üzvləri ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə edib.

Musavat.com bu barədə "Anadolu"ya istinadən xəbər verir.

Fuad Oktay qeyd edib ki, görüşdə ABŞ və Türkiyənin ikitərəfli gündəliyi, ölkələr arasında mövcud olan fikir ayrılıqları, xüsusilə terrorizmlə mübarizə məsələləri də müzakirə olunub. Qəzzadakı vəziyyət müzakirələrin əsas mövzularından biri olub.

Fuad Oktay qeyd edib ki, Türkiyənin Ukraynadakı müharibə ilə bağlı mövqeyini konqresmenlərin diqqətinə çatdırıb.

Belə ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR