İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə bələdiyyə seçkiləri haqqında ƏN MARAQLI DETALLAR FOTO

1328 31.03.2024 17:02 Region A A

Türkiyədə bələdiyyə başqanlığı seçimi üçün səsvermə davam edir.

Musavat.com Türkiyə mətbuatına istinadən seçkilər haqqında ən maraqlı məlumatları bir araya toplayıb.

Türkiyədə 81 şəhər, 922 rayon, 397 qəsəbə və 18 257 kənddə seçkilər keçirilir. 1003 seçki dairəsi var. Bu 1003 yer uğrunda 653-ü müstəqil olmaqla, ümumilikdə 12 min 725 namizəd mübarizə aparır. İstanbulda 49, Ankarada isə 24 namizəd başqanlıq üçün namizəddir.

KOY .png (547 KB)

İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədlərin 22-si partiya üzvü, 27-si isə müstəqildir. İstanbulun iki rayonunda - Bakırköy və Sultanbəylinin hər birində bələdiyyə başqanı olmaq üçün 25 namizəd mübarizə aparır.

Paytaxt Ankarada isə 24 namizəd başqanlıq üçün çalışır. Ankaranın ən böyük rayonu olan Çankayada 28 namizəd yarışır.

Ən az namizədin yarışdığı şəhər Bayburtdur. Şəhər mərkəzi və rayonlar daxil olmaqla, 35 namizəd bələdiyyə sədri olmaq üçün mübarizə aparır.

Yerli mətbuat yazır ki, 2019-cu ildə təxminən 20 min adamın səs verdiyi Bayburtda bələdiyyə başqanlığı üçün 20 namizəd mübarizə aparır. Bu rəqəmlərə görə, şəhər mərkəzində hər min seçicidən biri bələdiyyə sədri olmaq üçün yarışır.

Ədirnə, Bartın, Bitlis və Bingöl vilayətlərinin şəhər və rayon bələdiyyələrində yarışan yalnız bir müstəqil namizəd var. Seçkilərə ən çox namizəd çıxaran partiya Yenidən Rifah Partiyasıdır (YRP). Seçkilərdə CHP-nin 886, AK Partiyanın 858, İYİ Partiyanın 800, MHP-nin 474, DEM-in 416 namizədi mübarizə aparır.

SECİ SON.png (526 KB)

Cümhur İttifaqının bütün vilayətlərdə namizədləri var. AKP və MHP 59 vilayətdə ittifaq olaraq seçkilərə girib. 22 vilayətdə iki partiya qarşılıqlı yarışır. İttifaqın qurulduğu 59 vilayətdən 52-də AK Partiya, 7-də isə MHP namizədləri yarışır. MHP seçkilərə Mersin və Manisa Böyükşəhər Bələdiyyələri ilə Osmaniye, Kırklareli, Qars, Ərzincan və Bartın şəhər mərkəzlərində ittifaqın dəstəyi ilə girib. AK Partiya ittifaqın dəstəyi ilə İstanbul, Ankara, İzmir, Adana və Antalya kimi 28 böyük şəhərdə nəzarəti ələ almağa çalışacaq.

39 rayonu olan İstanbulun bütün rayonlarında Cümhur ittifaqı var. AK Partiya 37 rayonda, MHP isə yalnız Beşiktaş və Silivridə namizəd irəli sürüb.

25 rayonu olan Ankarada AK Partiya namizədləri 20, MHP namizədləri isə 5 rayonda yarışır.

SANDİK.png (526 KB)

30 rayonu olan İzmirdə AK Partiya 25, MHP isə 5 rayonda namizəd irəli sürüb.

Türkiyə mətbuatı bülletenlərlə bağlı da maraqlı məlumatlar paylaşıb.

Belə ki, ən uzun bülleten 49 namizədin mübarizə apardığı İstanbuldadır - 97 santimetr. Ən qısa bülleten isə Şırnakın Uludere rayonu, Hilal qəsəbəsi üçün çap olunan 4 santimetr uzunluğunda bülletendir. Hilal qəsəbəsində seçkilərdə yalnız AK Partiyanın namizədi iştirak edir. Bu da o deməkdir ki, Hilal bələdiyyəsində seçkinin nəticəsi artıq bəllidir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR