İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin daxili işlər naziri Azərbaycana təşəkkür etdi - VİDEO

2078 07.02.2023 19:04 Son xəbər A A

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana verdiyi dəstəyə görə təşəkkür edib.

Musavat.com xəbər verir ki, nazir Azərbaycanın göstərdiyi yardımın əhəmiyyətindən danışıb.

“Digər ölkələrdən də yardım üçün gələnlər var. Ancaq köməyə ilk gələn Azərbaycan oldu”,-deyə  Süleyman Soylu  bildirib.

Süleyman Soylu eyni zamanda meşə yanğınlarında da Azərbaycanın göstərdiyi yardımın əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ baş vermiş bölgədə fəaliyyətlərini davam etdirirlər. Son məlumatlara görə azərbaycan xilasediciləri 3 nəfəri dağıntılar altından sağ çıxarıb, habelə 10 nəfərin cəsədini çıxarıblar.

Məlumat üçün onu da bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR