İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”

3778 05.05.2024 14:11 Dünya A A

 

 Mənzərələri, zəngin tarixi və qonaqpərvərliyi ilə Türkiyə rusiyalı turistlər üçün ən populyar turizm məkanlarından biridir. Lakin hər bir ölkədə olduğu kimi, turistlər üçün də müəyyən risklər var. Bəs səyahət edənlərin Türkiyədə qarşılaşa biləcəyi əsas təhlükələr hansılardır və onlardan necə qaçmaq olar?

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki,  rusiyalı turistlərə hər şeydən öncə Türkiyənin seysmik aktiv zonada yerləşməsini xatırladılır. Bildirilir ki, turistlər zəlzələ zamanı ehtiyat tədbirləri ilə tanış olmalı və həmişə təcili yardım nömrələrini telefonlarında  saxlamalıdırlar.

Yaz aylarında bəzi bölgələrdə temperatur çox yüksək həddə çata bilər ki, bu da günvurma riskini artırır. Müntəzəm olaraq su içmək, papaqdan və günəş kremindən istifadə etmək vacibdir.

turcziya.jpeg (731 KB)

Türkiyə səyahət üçün nisbətən təhlükəsiz ölkə sayılsa da, turizm bölgələrində cibgirlik və fırıldaqlar mümkündür. Bunun üçün rusiyalı turistlərə ehtiyatlı olmaq, qiymətli əşyaları göz qabağında gəzdirməkdən çəkinmək və şəxsi əşyalarınızı nəzarətsiz qoymamaq xəbərdarlığı edilib.   Xüsusilə gecə saatlarında tanımadıqları təhlükəli ərazilərə getməmək də tövsiyə olunur.

Daha bir xəbərdarlıq nəqliyyatla bağlıdır. Türkiyədə nəqliyyat, xüsusən də İstanbul və ya Ankara kimi böyük şəhərlərdə xaotik ola bilər. Turistlər küçələri keçərkən və maşın sürərkən xüsusilə diqqətli olmalıdırlar. Yerli yol şəraiti ilə tanış olmayan sürücülər üçün avtomobil icarəyə götürmək riskli ola bilər.

Türkiyəyə səfər etməzdən əvvəl xaricdə tibbi xidmətləri əhatə edən tibbi sığorta almaq tövsiyə olunur. Türkiyədə tibbi xidmətlər yüksək standartlara malikdir, xüsusən də böyük şəhərlərdə, lakin  əcnəbilər üçün baha ola bilər. Həm də standart dərmanları götürmək tövsiyə olunur, çünki bəzi dərmanlar mövcud olmaya bilər və ya əhəmiyyətli dərəcədə daha bahalı ola bilər.

 

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR